Müəllim işləmək istəyənlər üçün yenilik edilib

Müəllim işləmək istəyənlər üçün yenilik edilib backend

Müəllimlərin işə qəbulu ilə bağlı elektron sınaq imtahanlarının keçirilməsinə başlanılıb.

Qaziler.az Xezerxeber.az-a istinadən məlumat verir ki, sınaqlarda sadəcə işə qəbul imtahanına hazırlaşanlar deyil, biliyini yoxlamaq istəyən və ya yerdəyişmə imtahanından keçmək istəyən müəllimlər də iştirak edə bilirlər. Elektron sınaq imtahanını təşkil edən Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun mətbuat katibi Tofiq Sadıqov imtahana marağın böyük olduğunu deyir.
Elektron sınaq imtahanının müəllimlərin işə qəbulu ilə bağlı digər sınaq imtahanlarından fərqi budur ki, iştirakçı üçün real imtahan vəziyyəti yaradılır. Müəllimlər real imtahandakı kimi sualları cavablandırır və nəticələrini təhlil edə bilirlər.
Növbəti sınaq imtahanı 16 apreldə keçiriləcək. İmtahanda iştirak 6 manatdır. Sınaq imtahanlarına yazılmaq üçün Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzinə müraciət etməklə və ya 055 620 96 69 nömrəsinə zəng etməklə qeydiyyatdan keçmək mümkündür. Belə imtahanların növbəti ildən regionlarda da təşkil edilməsi planlaşdırılır.