Daha 2 küçədə yol xətlənəcək

Daha 2 küçədə yol xətlənəcək backend

Artıq bir neçə gündür ki, “Azəravtoyol” ASC tərəfindən Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə, piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri davam etdirilir.

“Azəravtoyol” ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, anoloji işlər bu gecə Nəsimi rayonu, 28 May və Xəqani küçəsində aparılacaq. Rənglənmə işləri səhər saatlarınadək başa çatdırılacaq.