Bank kredit borcunu tam ödəyən vətəndaşdan əlavə pul tələb edir

Bank kredit borcunu tam ödəyən vətəndaşdan əlavə pul tələb edir backend

Evini girov qoyaraq götürdüyü krediti 3 il sonra bağlasa da, ona yenidən borclu olduğu söylənilir.

Üstəlik, bank tərəfindən məhəkəməyə də verilib. Ancaq məhkəmə bankın iddiasını ləğv edib. Buna baxmayaraq evinin üzərindəki yüklülük götürülmür.

Xezerxeber.az məlumat verir ki, hadisə Mingəçevirdə yaşayan Laçın sakini Şakir Budaqovun başına gəlib. O, 7 il əvvəl yaşadığı evi girov qoyaraq 20 min manat kredit götürüb. 3 il sonra məbləği ödəyib, amma bank ona ödənişin bitmədiyini bildirib. Hətta bununla bağlı onu məhkəməyə də şikayət edib. Ancaq bankın iddiası təmin edilməyib.

Bundan sonra Şakir Budaqov müvafiq qurumlara müraciət edərək evin sənədlərini arxivdən çıxartdırıb. Ancaq bank tərəfindən onun evinin əlindən alınacağı bildirilir.

Səbəb kimi də müxtəlif vaxtlarda gecikmələr olduğundan məbləğin üzərinə faiz gəldiyi və borcun hazırda 52 min manatdan çox olduğu göstərilir.
Hüquqşünaslar bildirir ki, burada bankın hansı əsaslarla vətəndaşdan pul tələb etməsinə və gecikəmənin hansı məbləğdə olduğuna baxmaq lazımdır. Hər bir halda vətəndaş evinin girovluqdan azad edilməsini istəyirsə bankı məhkəməyə verməli və ödənişlərin tam bitdiyi sübuta yetirməlidir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: