31 mart Azərbaycanlıların soyqırımı və “Xocalı genosidi tarixi həqiqətlər mövzusunda tədbir keçirilmişdir

31 mart Azərbaycanlıların soyqırımı və “Xocalı genosidi tarixi həqiqətlər mövzusunda tədbir keçirilmişdir backend

Dunya Azərbaycanlı Gənclərin Beynəlxalq Həmrəyliyi ictimai birliyinin təşəbbüsü ilə, 31 mart Azərbaycanlıların soyqırımı və “Xocalı genosidi, tarixi həqiqətlər məvzusunda tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə acan, Dunya Azərbaycanlı Gənclərin Beynəlxalq Həmrəyliyi ictimai birliynin sədri Tofiq Əli-zadə tədbir iştirakcılarına 31 mart 1918 ildə baş vermiş Azərbaycanlıların soyqırımı və 1992 ci il fevralın 25 dən 26 na keçən gecə –Xocalda baş vermiş genosidlə bağlı genişməruzə etdi.

Xocalıda baş vermiş soyqırım nəticəsində, 1000 qədər nəfər qətlə yetirilmiş,bir coxları əsir götürülmuş, 230 nəfər ailə başçısını itirmiş,yüzlərlə soydaşlarımız,usaq və böyüklər yaralanmışdılar.



Xocalı soyqırımının törədilməsindən 25 il kecməsinə baxmayaraq,beynalxalq müstəvidə bu məsələ hələ də öz hüquqi qiymətini almamış, günahkarlar hələ də cəzasız qalmışlar.Azərbaycanda 200 il ərzində müxtəlif səpkili hadisələr və faciələrlə yaşanmışdır.Belə ki1813-1828 ci illərdə Rusiya-İran arasında gedən qanlı müharibələr nəticəsində Türkməncay sülh müqaviləsi imzalanmış və Azərbaycan iki yerə bölünmüşdür. Elə ilk faciələrimizin də bünövrəsi,məhs burada qoyulmuşdur.
Natiq qeyd etdi ki, XX sərin həm əvvələrində , həmdə sonlarında xalqımıza qarşı törədilmiş hər iki faciədən 74 keçsə də, mahiyyət etibarı ilə, xalqımıza qarşı edilmiş amansız fəhşiliklər və törədilmiş. qətliamlar eynidir . Sadəcə burada zaman və məkan fərqi var.Daha sonra natiq qeyd etdi ki, 1992 ci il fevral aynın 15 -17 də Xocavəndin Qaradağlı kəndində, 26 da isə, Xocalıda baş vermiş soyqırım aktı, ermənilərin biz Azərbaycan türklərinə qarşı törətdikləri dünyanın qəbul etdiyi dildə desək, əsil Genosid idi.Hər il, Xocalı faciəsi yaxınlaşdıqca, 1988 - ci ildən başlayaraq, başımıza gətirgikləri olaylar yada düşür, düşmənimizə qarşı kin və nifrətimiz bir daha artır. Kecən 100 il ərzində öndə duran minllərlə ziyalılarımızı məhf etməklə, əlifbamızı bir neçə dəfə dəyişməklə biz azəri türklərini consuzlaşdırmaq istəmişlər. Şükürlər olsun ki, bizlər hələ də tam sınmamış, milli genafonumuzu , milli adət ənənələrimizi qoruyub saxlaya bilmişik.Nədən isə, ermənilərin işgalcılıq siyasətinə dünyanın özünü süper dövlətlər sayanlar, də hec cür təsir edə etmək istəmirlər.



Sonra Qarabağ müharibəsi qaziləri və ziyalılar çıxış etdilər. Qeyd olundu ki,1918-ci ildə erməni daşnakları tərəfindən Azərbaycanlılara qarşı soyqırımlar nəticəsində Qubada, Şamaxıda, Qarabagda minlərlə Azərbaycan türkləri qətlə yetirilmişdir.



Tədbirdə istirak edən xocalı şahidləri, ziyalılar, kecirilən belə tədbirlərin gənclərimizin azərbaycancılıq hissləri ruhu ilə tərbiyə olunması ücün cox vacib oldugu vurğuladılar.