Masallılının müəllim və şagirdləri “Məktəb bağları” layihəsinə qoşulublar

Masallılının müəllim və şagirdləri “Məktəb bağları” layihəsinə qoşulublar backend

Martın 17-dən başlayaraq ölkəmizdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə “Məktəb bağları” layihəsinin icrasına başlanılıb.

AZƏRTAC xəbər verir ki, aprelin 1-də masallılı məktəbliləri və onların müəllimləri də “Məktəb bağları” layihəsinə qoşulublar. Layihə çərçivəsində Masallı şəhər 1 nömrəli tam orta məktəbdə keçirilən aksiyada 170 ədəd alma, armud, gilas ağacları əkilib.

Aksiyasının ilk günündə Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Aybəniz Qafarova, təhsil şöbəsinin müdiri Tariyel Əkbərov, Əməkdar Müəllim Mirqabil Hüseynov və başqaları da iştirak ediblər.

Layihə çərçivəsində, həmçinin şəhər 3 nömrəli, Bədəlan, Dəlləkoba kənd tam orta və Mahmudavar kənd ümumi orta məktəblərinin həyətində 500 ədəd meyvə ağaclarının əkilməsi nəzərdə tutulur.