ABŞ Əliyev-Sərkisyan görüşünü təşkil etməyə cəhd edir. Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Aykakan Jamanak” qəzeti yayıb.
“Hazırda yeni görüş hazırlanır. Martın ortalarında Sərkisyan Moskvada oldu və Vladimir Putinlə konflikti müzakirə etdi. Eyni səbəb ucbatından Moskvaya İlham Əliyev də yollandı. Sərkisyan Moskvadan qayıdan kimi Qarabağa getdi və oradakılara baş verənləri danışdı. Bizim mənbələrimiz xəbər verirlər ki, Minsk Qrupu artıq hər iki konflikt tərəfinə irəli sürdüyü tələbləri sərtləşdirmək niyyətindədir”, – deyə o bildirib.