Polşa Patriot raket kompleksləri alır

Polşa Patriot raket kompleksləri alır backend

Polşa ABŞ-dan Patriot raketdən müdafiə sistemləri almaq niyyətindədir. Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Polşa Müdafiə naziri Antoni Maçereviç söyləyib. O, rəsmi Varşavanın 8 raket kompleksi almaq istədiyini bildirib.

Qeyd edək ki, Polşa bu komplekslərə görə ABŞ-a 7,5 milyard dollar pul ödəyəcək. Tərəflər arasında müqavilənin bu ilin sonunda imzalanması gözlənilir.