Daha 2 nəfər özünü öldürdü - AZƏRBAYCANDA

Daha 2 nəfər özünü öldürdü - AZƏRBAYCANDA backend

Bakıda intihar hadisəsi baş verib. Nizami rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Əlif Hacıyev küçəsi 37 ünvanında yaşayan 1960-cı il təvəllüdlü Əzizov Kamal Məmmədxan oğlu evin hamamında qollarını və boğazını kəsib. K.Əzizov kəskin qan itirmədən hadisə yerindəcə keçinib.

Oxşar hadisə Masallıda da baş verib. Rayonun Mahmudabad kənd sakini, 1964-cü il təvəllüdlü Lələyev Cəsail Kamil oğlu kənd təsərrüfatında istifadə edilən kimyəvi məhlulu içərək həyatına son qoyub.

Hər iki faktla bağlı araşdırma aparılır.