“XİYAR NİYƏ ƏYRİ BİTİR?!” – Qarabağ Qazisi yazır

“XİYAR NİYƏ ƏYRİ BİTİR?!” – Qarabağ Qazisi yazır backend

İQTİSADİYYAT NAZİRLİYİ İSTEHLAKÇILARI YOX, OLİQARXLARI, İNHİSARÇILARI QORUYUR

İqtisadiyyat Nazirliyi (İN) və yanındakı Antiinhisar Siyasəti və İstehlakçıları Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin (ASİHM DX) başlıca xidməti, görəvi adından bəlli olduğu kimi, inhisarçılılqa mübarizə və istehlakçı hüquqlarını qorumaqdır. Di gəl, bu dövlət qurumu görəvini nəinki yerinə yetirir, əksinə, istehlakçıları, sahibkarları yox, oliqarxları, inhisarçıları qorumaqda ad çıxarıb.

Yəqin ki, diqqətli oxucular Ağdamdan məcburi köçkün şəhid atası Əli Hüseynovun İN yanındakı Sahibkarlığa Kömək Milli Fondundan sahibkarlıqla məşğul olmağa neçə illərdir vəsait ala bilməməsindən media yolu ilə bilgilidirlər. Şəhid atasının korrupsiya ilə bağlı şikayətlərinə də baş prokurorluğun baxmaqdan imtina etməsi gündəmi işğal edən konulardandır. Elə müraciətlərə qanuna zidd baxılması, daha doğrusu, baxılmaması məmur, xidmət özbaşınalığının meydan sulamasına nədən olur.

Sıradan vətəndaşların ən çox üzləşdiyi özbaşınalığın xidmət sektoru ilə bağlı olması kimsəyə gizlin deyil. Fikir verin, Azərcell, eləcə də digərləri bilərəkdən süni defisit yaradıb, bazarda telefon nömrələrini on minlərlə manata satır, hətta bəzi nömrələri, məsələn, 211-lə başlayanları yalnız dövlət orqanlarının inhisarına verir, abonentin xəbəri olmadan “xüsusi xidmətlərə “ qoşub pul silir, amma ASİHM DX açıq –aşkar qanun pozuntusuna, istehlakçıların aldadılmasına hüquqi qiymət verilməsinə can atmır. Elə “bərkgedən” stasionar telefon nömrələrinin, avtomobil nömrələrinin də yalnız oliqarx sahibkarlara, məmur uşaqlarına təhkim edilməsi İN-in xeyir-duası ilə baş verir. Təbii inhisar sahələrinin –su, qaz, işıq xidmətinin hökmran mövqeyindən yararlanıb istehlakçılardan zorla qanunda nəzərdə tutulmayan ödəniş almalarını, qanunsuzluğa getməyənlərin xidmətdən məhrum edilmələrini də sözügedən Dövlət Xidməti təbii sayır. Qarabağ əlili 10 ildir “Azəriqaz”dan pulsuz texniki şərt ala bilmir ,”Azərsu” 7 illik müraciətdən sonra texniki şərt versə də, 3 ildir bu şərtə əsasən sayğac quraşdırmaqdan imtina edib əlil-istehlakçını rüşvət vermədiyinə görə xidmətdən məhrum edir. İN və yanındakı ASİHM DX isə heç bir tədbir görmür. Ən yaxşı halda istehlakçının məhkəməyə müraciət hüququnu izah edən dövlət qurumunun qanun – qaydadan xəbərsizliyi üzə çıxır.

“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” 19.09.1995 tarixli qanunun 20-ci maddəsində qurumun özünün məhkəmədə istehlakçıların hüquqlarını qorumağa görəvləndirilməsi təsbit olunub. Eyni zamanda, ASİHM DX “Vətəndaşların müraciətləri haqqında” 30.09.2015 tarixli qanunun maddələrini də yanlış izah və tətbiq edərək, istehlakçıların korrupsiya, xidmət özbaşınalığı ilə bağlı şikayətlərini barəsində şikayət edilən xidmət qurumlarına göndərir və cavab almadığından müraciətə baxma müddətini həmin qanunun 10.2 maddəsi əsasında 30 iş günü uzatmaqla süründürməçilik edir. Elə bu süründürməçiliyin sonucudur ki, əlil-istehlakçı 10 ildir xidmətdən məhrum edilib ! (??) Necə deyərlər, xiyar belə əyri bitir eeeeey!

Qanunun 7.13 maddəsində isə müraciətin barəsində şikayət edilən quruma göndərilməsinin qadağan edilməsi, korrupsiya ilə bağlı şikayətlər üzrə müddətin 10.2 maddəsi əsasında uzadılmasının yolverilməzliyi təsbit olunub. Fikir verin, istehlakçı, xidmət qurumunun qanunda nəzərdə tutulmayan ödəniş tələb edərək,10 ildir xidmətdən məhrum edilməsindən istehlakçı hüququnu qorumalı olan dövlət qurumuna müraciət –şikayət edir, qurum isə özbaşınalqla korrupsiya faktı ilə bağlı müraciəti aidiyyatı üzrə baş prokurorluğa göndərmək əvəzinə, “problemin araşdırılması üçün” barəsində şikayət edilən quruma sorğu göndərir !(??) Belə də xiyar əyri bitməsin, neyləsin?!

İllərlə sürən süründürməçilik sonunda vətəndaşa barəsində şikayət edilən qurumun qanuna zidd cavabını təkrarlayan, cavabla razı olmadıqda məhkəməyə müraciət etməyi tövsiyə edən İN –in və yanındakı ASİHM DX –nın büdcədən maliyyələşməsini anlamaq olmur. Axı, bu qurumun xidməti dövlət büdcəsinə də, dövlətin adına da ziyan vurur !

Məğrur Bədəlsoy
Qarabağ qazisi