Füzuli rayonunda silah-sursat tapılıb

Füzuli rayonunda silah-sursat tapılıb backend

Füzuli rayonunda silah-sursat tapılıb.

"Report"un Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, hadisə rayonun Horadiz şəhərində qeydə alınıb.

Belə ki, "Burğa dərəsi" adlandırılan ərazidən 3 ədəd ov tüfəngi, nömrəsi silinmiş "Makarov" markalı tapança, "F-1 qumbarası", 1 avtomat çaxmağı, 1 avtomat darağı və 121 ədəd müxtəlif çaplı patron tapılıb.

Araşdırmalar davam etdirilir.