Avtobus və taksilər üçün xüsusi zolaqlar yaradılır - Sərnişindaşımada yenilik

Avtobus və taksilər üçün xüsusi zolaqlar yaradılır - Sərnişindaşımada yenilik backend

Paytaxtda vahid taksi sistemi yaradılır.

Xezerxeber.az məlumat verir ki, Bakıdakı pərakəndəliyi aradan qaldırmaq üçün vahid taksi sisteminin yaradılması barədə Nazirlər Kabinetinə təklif verilib. Bunu Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli deyib. Onun sözlərinə görə, sistem hazır olduqdan sonra taksilər də avtobuslar üçün nəzərdə tutulmuş zolaqla hərəkət edə biləcəklər.

Vüsal Kərimli bildirib ki, hazırda operativ nəqliyyat vasitələri də həmin zolaqla hərəkət edə bilərlər. Digər nəqliyyat vasitələri isə oradan istifadə etdikdə sürücü cərimələnəcək. Bununla bağlı Dövlət Yol Polisi ilə memorandum imzalanıb.

Vüsal Kərimli marşrut avtobuslarının tam şəkildə vahid kart sisteminə keçəcəyi tarixi də açıqlayıb. Agentliyin rəhbəri bildirib ki, sahibkarlar qarşısında avtobusların yenilənməsi və avadanlıqların da həmin avtobuslara quraşdırılması tələbi qoyulub.
Baza yeniləndikdən sonra avadanlıqlar mərhələli şəkildə avtobuslara quraşdırılacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: