“Azərişıq” bəzi hotellərin işığını kəsib

“Azərişıq” bəzi hotellərin işığını kəsib backend

“Bu hotellərdə elektrik avadanlıqlarına baxış keçirilərkən texniki istismar qaydalarının tələblərinə cavab verməyən qüsurlar aşkarlanıb”

“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti (ASC) I Avropa Oyunlarının keçiriləcəyi obyektlərdə, həmçinin hotellər, restoranlar, bulvar və parkların, hətta küçələrin elektrik enerjisi ilə təchizatı üzrə monitorinq aparır.

Qurumun mətbuat xidmətindən APA-ya daxil olan açıqlamada bildirilir ki, bəzi hotellərdə də Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təqdim edilən siyahı əsasında elektrik enerjisinin təftişi aparılıb.

Qurum qeyd edir ki, hazırda I Avropa Oyunları zamanı ölkəmizə gələcək qonaqlara xidmət edəcək obyektlərin daxili elektrik təchizatı sisteminin beynəlxalq standartlara cavab verməsinin monitorinqi aparilir.

Monitorinqin nəticəsində obyektlərə verilən tələblər icra olunmadığı üçün bəzi hotellərə elektrik enerjisinin verilişi dayandırılıb. Bu hotellərdə elektrik avadanlıqlarına baxış keçirilərkən texniki istismar qaydalarının tələblərinə cavab verməyən qüsurlar aşkarlanıb. Bununla bağlı aktlar tərtib edilərək “Elektrik enerjisindən istifadə qaydaları”na əməl etməyən hotellərin administrasiyasına tədqim olunub.
Diaspora