Bakıda avtobus sürücüsü sərnişinin həyatını xilas etdi

Bakıda avtobus sürücüsü sərnişinin həyatını xilas etdi backend

Bakıda avtobus sürücüsü sərnişini ölümdən xilas edib. “BakuBus”ın mətbuat xidmətinin rəhbəri Mansur Piriyev virtualaz.org-a bildirib ki, hadisə martın 26-sı saat 18:40 radələrində Azadlıq prospektindən 28 May metrostansiyası istiqamətində hərəkətdə olan “BakuBus”a məxsus 8 nömrəli marşrut xəttində baş verib.

Hadisənin lentə alındığı videogörüntüdən görünür ki, avtobus sürücüsü huşunu itirən sərnişini avtobusdan kənara çıxarır, daha sonra avtobusda olan tibbi yardım vasitələrindən istifadə etməklə sərnişinə ilkin tibbi yardımı göstərib.

Hadisə anının lentə alındığı videogörüntünü təqdim edirik.