Qış aylarındakı nisbi durğunluqdan sonra mənzil bazarında canlanma yaranıb. Bu isə qiymətlərə öz təsirini göstərib.
Ekspert bildirir ki, yaz ayları boyunca olan artım yay aylarında müəyyən durğunluqla qarşılaşa bilər. Əsasən iyunun sonu sentyabrın əvvəlinə kimi qiymətlərdə müəyyən qədər azalmalar və satbillik olur.Qaziler.az Xezerxeber.az-a istinadən məlumat verir ki, hətta rieltorlar da gələn aydan etibarən qiymətlərin qalxaçağının qacılmaz olduğunu bildirirlər. Əgər yanvar- fevral aylarında müəyyən qədər qiymətlərdə azalmalar var idisə, gələn aydan bunun olmayacağını ehtimal edirlər.
Rieltorların sözlərinə görə, alış üçün daha çox təkrar mənzil bazarından olan evlərə üstünlük verilir.
Ekspert Nüsrət İbrahimovun sözlərinə görə, daha çox artım ilkin mənzil bazarında müşahidə olunur. Buna səbəb isə ilk növbədə tişkinti materiallarının qiymətinin bahalaşmasıdır. Digər səbəb isə əvvəllər mənzil bazarında alqı- satqı əsasən dollarla aparılırdısa, indi milli valyutaya üstünlük verilir. Son iki ildə dolların manat qarşısında möhkəmlənməsi də bahalaşmanı labüd edib.
Son bir il ərzində mənzil bazarında 26 faizə qədər artım müşahidə edilib. Bunun isə əsas səbəbi ilkin mənzil bazarında qiyməti bazarın diqətə etməsi və və seçimlərin təkrar mənzil bazarına nisbətən daha az olmasıdır.
Nüsrət İbrahimovun sözlərinə görə, elə bütün bu şərtələrə görə də hər kəs daha çox təkrar mənzil bazarından ev almağa üstünlük verir və buna görə də satışlar daha çox onlarda müşahdə edilir. Amma tələbin çoxalması elə təkrar bazarda da qiymətləri artıra bilər. Amma yeni mənzillərlə müqayisədə bu artım bir qədər az olacaq.