Mikayıl Müşfiqin heykəli yerinə bərpa olunub. Bu barədə APA-ya Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbəy Qasımzadə məlumat verib.
Onun sözlərinə görə, heykəl martın 27-də yerinə qoyulub: "Abidə həmin ərazidə, bir qədər geridə, binanın qarşısında bərpa olunub. Sabahdan ərazidə abadlıq işlərinə başlanılacaq.Virtualaz.org xatırladır ki, görkəmli Azərbaycan şairi Mikayıl Muşfiqin abidəsi 27 fevral 2017-ci ildə “Azəravtoyol” ASC tərəfindən Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmadan götürülmüşdü. Bu, cəmiyyətdə böyük rezonansı doğurmuşdu. Azərbaycan prezidenti İlham Əliyev də abidənin sökülməsi ilə bağlı öz ciddi narahatçılığını bildirmiş və günahkarların cəzalandırması, eləcə də abidənin bərpa edilməsi barədə tapşırıq vermişdi.