Qəfil geomaqnit qasırğası başlayıb

Qəfil geomaqnit qasırğası başlayıb backend

Günəşdə qəfil geomaqnit qasırğası başlayıb.


N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayevin Lent.az-a verdiyi məlumata görə, qasırğanın gücü G2-dir (maksimum G5 olur), Kp indeksi isə 5-dir. Qasırğa gün ərzində ən azı G1 sinfinə mənsub olan səviyyədə davam edəcək.

Qasırğanın səbəbi Günəşin səthində formalaşmış növbəti böyük ölçülü tac dəliyidir (Coronal Hole = CH).