“İkinci Şuşa yaradılmasın”

“İkinci Şuşa yaradılmasın” backend

Azad Rəhimov: "İkinci Şuşanın yaradılması düzgün deyil"

"Mən bu təklifin tərəfdarı deyiləm, ona görə ki, ikinci Şuşanın yaradılması düzgün deyil".

Trend-in məlumatına görə, bu barədə gənclər və idman naziri Azad Rəhimov Bakı-2015 Avropa Oyunlarının məşəl proqramının təqdimatı zaman hansısa yaxın rayonda simvolik olaraq Şuşa məntəqəsinin yaradılması və məşəlin orada da yandırılması təklifinə münasibət bildirərkən deyib.

Nazir qeyd edib: "Əgər biz ikinci Şuşanı yaratsaq, ikinci Ağdamı yaratsaq, onda o torpaqlar bizə qayıtmayacaq, deyəcəklər ki, sizin öz Şuşanız var. Bütün Azərbaycan xalqı inanır ki, işğal olunmuş torpaqlarımız Azərbaycana geri qayıdacaq, biz Şuşada məşəl də yandıracağıq, böyük tədbirlər də keçirəcəyik".
Diaspora