Əziz və fədakar şəhid anaları, Qarabağ qaziləri, veteranları! Barmaqları tətikdə, düşmənlə üz-üzə dayanan əsgər və zabitlərimiz! Mehriban və təmənnasız xalqımız!
Məmləkətimizə hər birimiz üçün olduqca sevimli və müqəddəs bayram olan “Novruz” gəldi!Hamınızı bu müqəddəs bayram münasibəti ilə təbrik edirik! Hər birinizə uzun ömür, can sağlığı, ruzi və bərəkət arzulayırıq!
Hər birinizə ən böyük arzumuz olan – Qarabağın bütünlüklə işğaldan azad edilməsi günü görməyi arzu edirik!
Əlində silah vətənin keşiyini çəkmiş və hazırda çəkən hər kəs bilir ki, yazda səngərin də qoxusu bir başqa aləm olur! Bu il Tanrı bizə işğal altındakı torpaqlarımızı azad etmək üçün yeni səngərlər qismət eləsin! Düşmənin bizə tərəf olan səngərlərinin hamısının yönünü o tərəfə dəyişə bilək!
Uca Allah bizi arzularımıza çatdırsın! Amin!
Bayramınız mübarək!
Qarabağ Qazilər Birliyi, Vətən Müharibəsi Əlilləri İctimai Birliyi, Fred Asif adına İnkişaf Fondu və QAZİLER.AZ saytı
