Xalq artisti: “Heç kimdən kömək istəməmişəm“

Xalq artisti: “Heç kimdən kömək istəməmişəm“ backend

Xalq artisti, diktor Sabir Ələsgərov bəzi saytlarda və sosial şəbəkələrdə müalicə olunması üçün yardım istəməsi haqda yazılanların yalan olduğunu söyləyib.

Qaziler.az-ın məlumatına görə, xalq artisti müalicəsi üçün müraciət etməsi haqda yazılanlara aydınlıq gətirərək bildirib ki, o, bununçün heç bir müraciət etməyib: "Həkimlərim mənə yaxşı baxır, kiməsə niyə müraciət etməliyəm?"

Sabir Ələsgərov iki dəfə əməliyyat olunduğu böyrəklərindən şikayət etmədiyini deyib.
"Böyrəklərimdən şikayətim yoxdur. Yalnız sağ gözüm məni incidir. Həkimlərimdən çox razıyam. Diktor həmkarlarım da məni tək qoymur. Sağ olsunlar, tez-tez baş çəkirlər".

Qaziler.az