Çingiz Qurbanovin 40 mərasimi oldu - Nazir, keçmiş döyüşçülər Qusara getdilər

Çingiz Qurbanovin 40 mərasimi oldu - Nazir, keçmiş döyüşçülər Qusara getdilər backend

QAZİLER.AZ xəbər verir ki, bu gün Şəhid, Azərbaycanın Milli Qəhrəmanı Çıngiz Qurbanovun 40 mərasimidir. Mərasimdə Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov da iştirak edib. Milli Qəhrəmanın 40 mərasiminə rayonun müxtəlif təşkilat və qurumlarının əməkdaşları qatılıb.

Tədbirdə polkovnik Abdulla Qurbaninin Çingiz Qurbanovun haqqında yazılmış "Çingiz dastanı" kitabının təqdimatı olub. Kitabın ilk nüsxəsi müdafiə naziri Zakir Həsənova təqdim edilib.

QAZİLER.AZ bildirir ki, nazir Zakir Həsənov çıxış edərək valideynlərinə Çingiz kimi qəhrəman övlad böyütdükləri üçün minnətdarlıq bildirib. Çingiz Qurbanovun döyüşlərdəki şücaətindən söz açıb. Daha sonra o, "Çingiz dastanı" kitabını Milli Qəhrəmanın atasına xatirə olaraq verib.

Şəhidin atası kitabı öpüb gözünün üstünə qoyub.

Daha sonra şəhid Çingiz Qurbanovun atası çıxış edərək nazir Zakir Həsənova və digər iştirakçılara öz minnətdarlığını bildirib.





Tədbirdə həmçinin Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə rəisi, polkovnik Rasim Şirinov, Xidmətin şöbə rəisi polkovnik Faiq Əmirov, Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin baş zabiti, polkovnik-leytenant Valeh Nəcəfov, Silahlı Qüvvələrə Nəzarət İB- nin sədri Emin Həsənli, Azərbaycanın ilk hərbi diktoru, vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlı, 20 Yanvar İB-nin sədri Sultan Əzimzadə, "Vətən Müharibəsi Əlilləri Birliyi"nin sədri Firudin Məmmədov, Qaziler.az saytının baş redaktoru Rey Kərimoğlu, Qusar rayon icra başçısı Şahid Alxasov, Qusar rayonunun millət vəkili Azər Badamov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qusar rayon şöbəsinin rəisi Nicat Həsənov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsinin rəisi Seymur Qurbanov, Qusar rayon prokuroru Zahid Vəliyev də iştirak ediblər.



Mərasimin sonunda Qusar rayonunun axundu çıxış edərək Müdafiə naziri Zakir Həsənova müraciət edib: “ Qusar rayonunun dindarları adından və Qusar əhalisi adından cənab Prezidentə bizim salamımızı çatdırın. Ona bildiririk ki, biz ölkə başçısının yanındayıq, onun fəaliyyətini dəstəkləyirik. Ali Baş Komandanın rəhbərliyi ilə Qarabağ torpaqlarının işğaldan azad ediləcəyinə böyük ümid edirik. Qusar camaatı və bütün dini kəsimlər prezidentin yanındadır. İnşallah, ordumuz Qarabağı işğaldan azad edəcək və biz də bu yolda əlimizdən gələni edəcəyik”.



Qeyd edək ki, Çingiz Qurbanov 2016-cı il dekabrın 29-da şəhid olub. Onun nəşi 2017-ci il fevralın 5-də qarşı tərəfdən alınıb.



Fevralın 7-də Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə əsgər Çingiz Qurbanova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi barədə sərəncam imzalayıb.

Allah rəhmət eləsin!

Sevda Əsgərova
QAZİLER.AZ























Diaspora