Səhiyyə Nazirliyi 164 sahibkarı cərimələdi

Səhiyyə Nazirliyi 164 sahibkarı cərimələdi backend

Bu il yanvar-mart ayları ərzində Azərbaycanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən yeyinti sahəsində işləyən 164 sahibkar inzibati qaydada cərimələnib.

Azərbaycan Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən (RGEM) Trend-ə verilən məlumata görə, sahibkarlar yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozduğu, laboratoriya müayinələri gigiyenik normalara cavab verməyən məhsullar istehsal etdikləri üçün cərimələniblər. Bu müddətdə 4 nəfər barədə materiallar inzibati orqanlara verilib.

Hesabat müddətində 24 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib, 33 nəfər işdən müvəqqəti kənarlaşdırılıb.
Diaspora