Qobustanda ömürlük həbsdə olan DİN generalının cəzası dəyişidirlidi

Qobustanda ömürlük həbsdə olan DİN generalının cəzası dəyişidirlidi backend

Azərbaycan prezidenti İlham Əliyev bu gün bu barədə sərəncam imzalayıb. Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev Strateq.az-a məlumat verib. Onun sözlərinə görə, siyahıda 423 nəfərin adı var. Ömürlük həbs cəzası almış 2 nəfərin cəza müddəti 15 ilə endirilib. Onlardan biri "Qara kəmər" əməliyyatı zamanı həbs edilmiş DİN-in Baş Cinayət-Axtarış İdarəsinin sabiq rəisi general Zakir Nəsirovdur.

Siyahıda həmçinin "siyasi məhbus" adı ilə tanınan 7 nəfərin adı da var.

Bunlar Qənimət Zahidin qohumları olan Rüfət və Rövşən Zahidovlar, NİDA-çı Elvin Abdullayev, Əbdül Əbilovdur. Emin Millinin qaynı Nazim Ağabəyov da azadlığa buraxılıb.

REAL hərəkatının rəhbəri İlqar Məmmədovun və sabiq səhiyyə naziri Əli İnsanovun adı siyahıda yoxdur.