Azərbaycanda növbəti əfv verilib.
APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev bu gün bu barədə sərəncam imzalayıb.
Açıq Hökumətin Təşviqinə Dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının koordinatoru Əliməmməd Nuriyev deyib ki, prezidentin sərəncamı ilə 423 məhkum əfv edilib.
QAZİLER.AZ azvision.az-a istinadən bildirir ki, Ə.Nuriyevin sözlərinə görə, sərəncamla 412 nəfər azadlıqdan məhrumetmə cəzasından, 11 nəfər isə onlara verilən müxtəlif cəzalardan azad edilib.