1001 dərdin dərmanı-QULANÇAR

1001 dərdin dərmanı-QULANÇAR backend

Tovuzun dağlıq ərazilərində bitən qulançar bitkisi artıq yetişib. Sakinlər kolların arasından çətinliklə yığılan bu bitkini artıq bazarlara da çıxarıblar. Həm dadı, həm də faydası ilə seçilən qulançarın qiyməti isə heç də ucuz deyil.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, Tovuz rayonunun Əlibəyli, Yuxarı Öysüzlü kəndlərinin sakinləri may ayının ortalarına qədər qulançarın həm yığımı, həm də satışı ilə məşğul olurlar. Onlar səhər saatlarından etibarən dağlıq ərazilərə gedir və kolluqlardan qulançar toplayırlar. Sakinlər deyir ki, qulançardan hazırlanan təamlar quzu ətindən də dadlı olur. Elə qiyməti də quzu ətinə bərabərdir.

Azərbaycanda 9 növü bitən qulançardan həm dərman bitkisi kimi istifadə edilir, həm də müxtəlif xörəklər və salatlar hazırlanır. Bitkiyə Gəncə-Qazax bölgəsində qulançar, Qarabağ və Naxçıvan MR-nın rayonlarında isə mərəçüyüd deyilir.
Diaspora