Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva bildirib ki, media azad olsa da, müəyyən qədər məhdudiyyətlər nəzərdə tutulmalıdır: “Çünki bəzi media orqanları, saytlar populyarlıq naminə yalan məlumatlara yer verirlər”.
Xeber365.com-a açıqlamasında bu fikrə münasibət bildirən Azərbaycan Jurnalistlər Birliyinin sədri, publisist Elçin Şıxlı isə bugünkü medianı azad hesab eləmədiyini deyib: “Media deyildiyi kimi azad deyil axı. Kütləvi informasiya vasitələrinin mütləq əksəriyyəti Sevinc Fətəliyeva və həmkarlarının vəsaiti hesabına yaradılmış media orqanlarıdır. Onlar da bizim medianı belə ağlar günə qoyublar. İstisnalar isə çox azdır. Yəni bizdə azad, bacarıqlı jurnalistlər var, amma azad media adında bir şey qalmayıb. Sevinc Fətəliyeva belə düşünürsə, özünün məmur, millət vəkili həmkarlarına desin ki, onlar qeyri-peşəkar saytlarını bağlasınlar. Onda hamının canı qurtarar”.Elçin Şıxlı: Sevinc Fətəliyeva və həmkarlarının saytları bağlansın onda

