Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi bərələrinin sayını artıracaq

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi bərələrinin sayını artıracaq backend

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi donanmasının tərkibində bərələrin sayını artırmağı, mövcud olanları daha unikal nəsilə aid bərələrlə əvəz etməyi planlaşdırır. "Report" xəbər verir ki, bunu Bakı Gəmiqayırma Zavodunda Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin sifariş verdiyi "Ro-Pax" tipli iki gəmi-bərənin ilk polad lövhələrinin kəsimi mərasimində "Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədri Rauf Vəliyev bildirib.

R.Vəliyev qeyd edib ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin hazırda tərkibində 13 bərə var və onların hamısı Xorvatiyada tikilib: "Bu gün ilk polad lövhələri kəsilən gəmi-bərələr isə Azərbaycan zavodunda inşa olunur. Bu, çox mühüm məsələdir. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq Azərbaycanın tranzit infrasturktunun inkişafı üzrə işlər görülür. Bu bərələr də bu strategiyanın tərkib hissəsidir".