Xırdalandakı faciədə ölən Mələk və Turanənin FOTOSU

Xırdalandakı faciədə ölən Mələk və Turanənin FOTOSU backend

Bu gün Xırdalanda baş verən faciədə Bakı Dövlət Humanitar və İqtisadiyyat Kollecinin iki tələbəsi vəfat edib. Lent.az-a açıqlama verən kollecin şöbə müdiri Lalə Əzimova bildirib ki, Gəncə şəhərindən olan Mələk Abbasova kollecin yaxşı oxuyan tələbələrindən olub: “O, nizam-intizamlı, yaxşı oxuyan tələbə idi. Zəhərlənmə hadisəsi bu gün səhər saat 5 radələrin dəlub. Çünki tələbə yoldaşları deyir ki, gecə saat 4-ə qədər Mələk vatsapda xəttdə olub. Turanə Xanlayevaya gəlincə, onun anası və özü onkoloji problemlə bağlı müalicə alırdı. Bu səbəbdən də 1 aya yaxın idi ki, dərslərdə iştirak etmirdi.”

Qeyd edək ki, kollecin Bank işi fakültəsinin ikinci kursunda təhsil almış Turanə Xanlayeva 3 yaxın qohumu ilə birgə dəm qazından boğularaq ölüb.



Turanə Xanlayevanın və Mələk Abbasovanın fotosunu təqdim edirik.