İsmayıllıda bayram yarmarkası açılıb

İsmayıllıda bayram yarmarkası açılıb backend

Novruzun gəlişi ilə əlaqədar İsmayıllıdakı “Yaşıl market” ticarət kompleksində bayram yarmarkası açılıb.


AZƏRTAC xəbər verir ki, martın 21-dək davam edəcək yarmarkada yerli istehsal olan bütün növ bitkiçilik və heyvandarlıq məhsulları, meyvə satılır. Hər gün alıcılara bir tonadək mal, qoyun və quş əti, 2 tonadək meyvə, kartof, soğan, bal məhsulları və sair təklif olunur. Məhsullar bazar qiymətlərindən 25-30 faiz ucuz satılır.

Bayram yarmarkasına məhsullar ən çox fermer təsərrüfatlarından, İvanovka kolxozundan çıxarılır.