7 poçt şöbə və bölməsi avtomatlaşdırılıb

7 poçt şöbə və bölməsi avtomatlaşdırılıb backend

Naxçıvan MR-də 3 ayda 7 poçt şöbə və bölməsi avtomatlaşdırılıb.

Qaziler.az Rabitə Yüksək Texnologiyalar Nazirliyinin saytına istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında poçt sisteminin təkmilləşdirilməsi məqsədilə cari ilin ilk rübü ərzində 7 poçt şöbə və bölməsi avtomatlaşdırılıb.

Bu, 2015-ci ilin ilk rübündə muxtar respublikanın sosial-iqtisadi inkişafına dair hesabatda əksini tapıb.

Bununla yanaşı, Şərur rayonunda Kürkənddə və Babək rayonunun Qoşadizə kəndində yeni poçt bölmələri istifadəyə verilib, Culfa rayonunun Bənəniyar kəndində poçt bölməsi əsaslı təmir edilib.

Bundan əlavə, Naxçıvan şəhərinin Qaraçuq kəndində poçt bölməsi yeni binaya köçürülüb, Ordubad rayonunun Dəstə və Kotam, Culfa rayonunun Şurud kəndlərində və Şərur rayonunda Cəlilkənddə poçt bölmələri lazımi avadanlıqlarla təmin olunub.
Diaspora