İlham Əliyevin Parisdə rəsmi qarşılanma mərasimi olub

İlham Əliyevin Parisdə rəsmi qarşılanma mərasimi olub backend

Prezident İlham Əliyevin Parisdə rəsmi qarşılanma mərasimi olub. QAZİLER.AZ-ın AzərTAc-a istinadən məlumatına görə, prezident İlham Əliyev Parisin Veteranlar meydanında yerləşən Ordu Muzeyinə gəlib.

Dövlət başçısını Fransanın kənd təsərrüfatı naziri, hökumətin sözçüsü Stefan Lö Fol qarşılayıb.

Ordu Muzeyinin yerləşdiyi Veteranlar meydanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycanın və Fransanın dövlət himnləri səslənib.

Prezident İlham Əliyev fəxri qarovul dəstəsinin qarşısından keçib.