Birinci vitse-prezident və vitse-prezidentlərin toxunulmazlığı ilə bağlı YENİ XƏBƏR

Birinci vitse-prezident və vitse-prezidentlərin toxunulmazlığı ilə bağlı YENİ XƏBƏR backend

“Birinci vitse-prezident və vitse-prezidentlərin toxunulmazlığı və digər məsələlərlə bağlı qanunvericiliyə müəyyən dəyişiklik edilə bilər”. APA-nın məlumatına görə, bunu Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.


Z. Əsgərov bildirib ki, Konstitusiyanın tələblərinə uyğun olaraq ayrıca qanun da qəbul edilə bilər.

"Birinci vitse-prezident və ya vitse-prezidentlər barədə prezident İlham Əliyevin fərmanı ilə təsdiq olunacaq Əsasnamənin hazırlanması da mümkündür", - deyə o vurğulayıb.