Bilik Fondu Ağstafada

Bilik Fondu Ağstafada backend

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Ağstafa rayonunda Heydər Əliyev Mərkəzində vətənpərlik mövzusunda tədbir keçirilib.

Fonddan Trend-ə verilən məlumata görə, tədbirdə BDU-nun dosenti, filologiya üzrə fəlsəfə doktoru Sevinc Əliyeva “Gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında milli-mənəvi dəyələrin rolu” adlı mühazirə ilə çıxış edib.

Mühazirəçi Ümummilli lider Heydər Əliyevin "hamımızın ümumi vəzifəmiz xalqımızda vətənpərvərlik, Vətən torpağına, millətə sədaqət, Vətən uğrunda şəhidliyə hazır olmaq hisslərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməkdir" sözləri ilə başlayıb və vətənpərvərlik ruhunun təməlinin məhz orta məktəbdə qoyulduğunu vurğulayıb.

Məktəblilərin vətənpərvərlik mövzusunda hazırladıqları kompozisiya iştirakçılara təqdim olunub.

Tədbirdə Ağstafa Rayon İcra Hakimiyyətinin nümayəndəsi Şahhüseyn Qurbanov, Bilik Fondunun Ağstafa rayonu üzrə nümayəndəsi, 1 nömrəli tam orta məktəbin direktoru Leyla İsayeva, Ağstafa Rayon Təhsil Şöbəsinin müdiri Fərhad Vəliyev, rayonun müəllim və şagirdləri iştirak ediblər.
Diaspora