İlham Əliyev Fransada ilk görüşlərini keçirir -FOTOLAR

İlham Əliyev Fransada ilk görüşlərini keçirir -FOTOLAR backend

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Parisdə daha iki görüş keçirib.

O, əvvəlcə DCNS şirkətinin prezidenti Erve Qiyu ilə, sonra isə “CIFAL” qrupunun prezidenti Jil Remi ilə görüşüb.

Fransa Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də “Vivaction” şirkətinin prezidenti Rişar Mari ilə görüşüb.



AzərTAc bildirir ki, İlham Əliyevin bu gün, həmçinin Parisdə “SUEZ” qrupu baş direktorunun müavini, eyni zamanda, MEDEF-in vitse-prezidenti xanım Marie-Ange Debon ilə görüşü olub.

Azərbaycan Prezidenti İlham Əliyev Fransa Respublikasına rəsmi səfər edib.



Virtualaz.org-un məlumatına görə, Azərbaycanın və Fransanın dövlət bayraqlarının dalğalandığı Parisin Orli beynəlxalq hava limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidentini Fransanın yüksək vəzifəli rəsmi şəxsləri qarşılayıblar.