Turistlər qar uçqununa düşdü: ÖLƏN VAR

Turistlər qar uçqununa düşdü: ÖLƏN VAR backend

Rusiya Federasiyasının Buryatiya Respublikasında 4 nəfərdən ibarət turist qar uçqununa düşüb. APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 1 nəfər ölüb.

Turistlərin İrkutsk vilayətindən gəldiyi bildirilir. İlkin məlumata əsasən, ölən şəxs Fransa vətəndaşıdır.

Yerli hüquq-mühafizə orqanları məlumatı hələ ki, şərh etmir.