Tonqal tam sönənədək...- FHN-dən əhaliyə Novruz müraciəti

Tonqal tam sönənədək...- FHN-dən əhaliyə Novruz müraciəti backend

Fövqəladə Hallar Nazirliyi Novruz bayramı ilə əlaqədar yanğın təhlükəsizliyinə dair əhaliyə müraciət edib. FHN-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, müraciətdə Novruz bayramı ilə əlaqədar keçirilən müxtəlif mərasimlərdə yanğın təhlükəsi ilə üzləşməmək üçün bir sıra təhlükəsizlik qaydaları diqqətə çatdırılıb.

Həmin təhlükəsizlik qaydaları aşağıdakılardır:

Bayram tonqalının ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalıdır;

tonqal elektrik naqili, ağac, avtomobil, ev və digər yanar materiallardan kənarda yandırılmalıdır;

tonqal tam sönənədək nəzarətdə saxlanılmalıdır;

tonqal üzərindən atılarkən ehtiyatsızlıq geyimin alışmasına, bədənin xəsarət almasına səbəb ola bilər;

yandırılan şamlar nəzarətsiz qalmamalıdır.

Təhlükə zamanı 112-yə zəng edin!