Yaralanan tələbələrdən XƏBƏR var

Yaralanan tələbələrdən XƏBƏR var backend

"Bu gün səhər Bakı-Sumqayıt yolunda baş verən qəza zamanı ölən və yaralanan tələbələrin hansı fakültələrdə oxuduqları müəyyənləşdirilir”. Bu barədə BakiPost.az-a Sumqayıt Dövlət Universitetinin mətbuat xidmətin rəhbəri Nazxanım Cəlilova məlumat verib.

O bildirib ki, qəza nəticəsində xəsarət alan və ölən tələblər ayrı-ayrı fakültələrdə və kurslarda təhsil alırlar: "Onlar müxtəlif fakültələrin tələbələridir. Hazırda siyahıyaalma prosesi gedir”.

N. Cəlilova qeyd edib ki, universitetin rektoru Elxan Hüseynov, Sumqayıt şəhər İcra Hakimiyyətinin nümayəndələri, "Azərikimya” İB-nin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev Sumqayıt təcili və təxirəsalınmaz tibbi yardım xəstəxanasında yaralı tələbələrə baş çəkiblər.

Mətbuat xidmətinin rəhbəri yaralanan 17 tələbədən 2-sinin vəziyyətinin orta ağır olduğunu vurğulayıb: "Bakıdan xüsusi həkim briqadası dəvət olunub. Yaralı olan tələbələr Babayev Orxan Xəqani oğlu, Mirzəyeva Mina, Qocayev Nicat Faiq oğlu, Cəfərova Aytən Əliyulla qızı, Əsgərli Oqtay Etibar oğlu, Fərzəliyeva Xavər Məlik qızı, Tağıyev Samir Məmməd oğlu, Cəbiyev Əfsər Əli oğlu, Manafov Bəybala Vüqar oğlu, Kərimova Təranə Sabir qızı, Həsənov Elgiz Sərvər oğlu, Məmmədov Məhəmməd Şahin oğlu, Quluzadə Aytən Altay qızı, Baxışova İlahə Azər qızı, Amani Abbas, Əliyev Elvin Rəşad oğlu, Mürsəlzadə Aydan Zakir qızı müayinə olunublar”.

Qeyd edək ki, bu gün səhər saatlarında Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Yüksək sürətlə hərəkət edən "Ford-Tranzit” markalı sərnişin mikroavtobusu əvvəlcə yük maşını ilə toqquşub.

Qəza zamanı 5 tələbə ölüb, 20 nəfər yaralanıb.