Cocuq Mərcanlıda minaatan mərmisi tapılıb

Cocuq Mərcanlıda minaatan mərmisi tapılıb backend

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) bu gün Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində aparılan təmizləmə əməliyyatları barədə məlumat yayıb.

ANAMA-dan Qaziler.az-a verilən məlumata görə, Cocuq Mərcanlı kəndində gün ərzində 14 evə baxış keçirilib, 1 379 ədəd qəlpə, 4 ədəd partlamamış hərbi sursat (1 ədəd 82 mm-lik minaatan mərmisi (OF-832) və 3 ədəd TM-62P3 minasının gücləndiricisi) və 1 ədəd tank əleyhinə mina (TM-57) aşkar edilib.

Nəticə etibarilə 50 913 kv.m ərazi (11 313 kv.m əl ilə, 15 200 kv.m mexaniki üsulla və 24 400 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.