Türkiyə sərhədində güclü partlayış - İŞİD qətliam törətdi

Türkiyə sərhədində güclü partlayış - İŞİD qətliam törətdi backend

Suriyanın Azez məntəqəsində baş verən partlayış zamanı həlak olanların sayı 60-ı ötüb.


ATV.az-ın məlumatına görə, məhkəmə binasını hədəfə alan hücum nəticəsində 53-dən çox dinc sakin yaralanıb. Yaralılardan 23-ü Türkiyədəki xəstəxanalara yerləşdirlib.

15:16

Türkiyə ilə sərhəd bölgədə yerləşən Suriyanın Azez məntəqəsində terror aktı törədilib.

ATV.az-ın məlumatına görə, partlayıcı dolu avtomobilin havaya uçurulması zamanı 15-dən çox insan həlak olub. Xeyli sayda yaralı var. İŞİD-in təşkil etdiyi hücumdan sonra Türkiyə hərbçiləri sərhəd bölgədə təhlükəsizlik tədbirlərini daha da gücləndirib.