«Yaşıl həyat » layihəsi öz işinə başlayıb -FOTOLAR

«Yaşıl həyat » layihəsi öz işinə başlayıb -FOTOLAR backend

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən «Yaşıl həyat» layihəsinin açılış tədbiri keçirilib. Bu barədə QAZİLER.AZ-a Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun layihə rəhbəri Şəhla Qarayeva məlumat verib.

Layihənin rəhbəri Əjdər Hümmətov tədbiri açıq elan edərək qonaqları salamlayıb və layihə haqqında ümumi məlumat verib. O qeyd edib ki, keçirilən təlimlərin hər biri onların gələcək həyatında əhəmiyyətli rol oynayacaq.



Daha sonra çıxış edən təlimçi layihə iştrakçılarına yaşıl həyat haqqında ətraflı məlumat verdi. O qeyd edib ki, yaşadığımız cəmiyyətin ekoloji təmizliyi hər birimizin borcudur və bu yolda hər kəs üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməlidir.