İlham Əliyev və Mehriban Əliyeva “Ürək Mərkəzi“nin açılışında

İlham Əliyev və Mehriban Əliyeva “Ürək Mərkəzi“nin açılışında backend

Martın 6-da Respublika Müalicəvi Diaqnostika Mərkəzinin nəzdində “Ürək Mərkəzi”nin açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

Dövlətimizin başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsib.

Prezident İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva mərkəzdə yaradılan şəraitlə tanış olublar.

Dövlətimizin başçısı və Birinci vitse-prezident mərkəzin kollektivi ilə görüşüblər.