“Manat möhkəmlənən və ya dollar manata nisbətən ucuzlaşan zaman sahibkarlar 1 aydan sonra qiymət azalamalarını olacağını demişdilər. Artıq 1 ay arxada qaldı, amma hələ də qiymətlərdə eniş yoxdur”.
“Ölkə.Az” xəbər verir ki, bu barədə iqtisadçı ekspert Vüqar Bayramov bildirib. Onun sözləri görə, məntiqlə idxal olunan məhsullar ucuzlaşmalı olduğu təqdirdə, bu baş verməyib.“İdxal olunan malların qiymətinin enməməsi və ya enidirlməməsi təəccüb doğurmaya bilməz. Əvvəlki, günlərdə anbarlarda məhsulların olması bəhanə gətirilirdisə, artıq bu arqument də işləmir”, - deyə Vüqar Bayramov bildirib.
Ekspert deyir ki, digər tərəfdən, xeyli sayda ərzaq məhsullarının saxlama müddəti günlərlə ölçülür:
“Maraqlıdır ki, dollar manata nisbətən möhkəmlənən zaman məhsulların qiymətinin artıran sahibkarlar indi nədənsə qiyməti aşağı salmaq haqda düşünmürlər”.
V.Bayramov bildirib ki, mart ayının bayramlar ayı olduğunu da nəzərə alsaq sahibkarların qiymət endirimlərində maraqlı olmayacağını proqnozlaşdırmaq çətin deyil:
“Hətta əvvəlki illərin təcrübəsi göstərir ki, bayramlar zamanı qiymətlərin azalması deyil, artımı müşahidə edilir. Bazar qaydaları çərçivəsində qiymət monitorinqlərin gücləndirilməsinə ehtiyac var. Qiymət azalmaları gözləyən istehlakçılar əksinə yeni qiymət artımları ilə üzləşməsinlər”.