Naxçıvan Müəllimlər İnstitutu işçi axtarır

Naxçıvan Müəllimlər İnstitutu işçi axtarır backend

Naxçıvan Müəllimlər İnstitutu ali məktəbin kafedralarında boş olan vəzifələri tutmaq üçün müsabiqə elan edib.

"Report" xəbər verir ki, müsabiqə üçün sənədlərin qəbulu aprelin 3-dək davam edəcək.

İnstitutun Pedaqogika və psixologiya kafedrasında pedaqogika üzrə elmlər doktoru, professor (0,5 ştat), Pedaqogika və psixologiya kafedrası – pedaqogika üzrə fəlsəfə doktoru, dosent (1 ştat), Pedaqogika və psixologiya kafedrası – baş müəllim (1 ştat), Dillər və ədəbiyyat kafedrası – filologiya üzrə elmlər doktoru, professor (0,5 ştat), Dillər və ədəbiyyat kafedrası – baş müəllim (2 ştat), Ali riyaziyyat və informatika kafedrası – pedaqogika üzrə fəlsəfə doktoru, dosent (0,5 ştat), Ümumi fənlər kafedrasında baş müəllim (0,5 ştat) yerləri boşdur.