“Ağdamlı şəhidin nəşi tabuta sığmadı“... şəhidin daxmasından REPORTAJ - BEYLƏQANDA

“Ağdamlı şəhidin nəşi tabuta sığmadı“... şəhidin daxmasından REPORTAJ - BEYLƏQANDA backend

QAZİLER.AZ-ın xəbər verdiyi kimi, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təşkilatçılığı ilə hərbçilərin, bir qrup keçmiş döyüşçülərin və ictimai birlik rəhbərlərinin fevralın 25-də şəhid olmuş hərbi qulluqçuların yas mərasimlərində iştirak etmək üçün dünəndən başlayan səfərləri bu gün də davam edib.

Bu gün Beyləqan rayonuna yollanan hərbçilər və keçmiş döyüşçülər Azərbaycan Ordusunun hərbi qulluqçusu Ağdam rayon Mərzili kənd sakini Beyləqan rayonunda dəfn olunmuş şəhid Qədimov Zülfü Rəhim oğlunun ailə üzvləri ilə görüşərək, şəhidin üç mərasimində iştirak etmiş və şəhidin yaxınlarına başsağlığı vermişlər. Yas mərasimi Beyləqan rayonunun Borsulu kəndində keçirilir.

Xatırladaq ki, dünən onlar Şəki şəhəri və Tovuz rayonunda olaraq şəhidlərin yas mərasimində iştirak ediblər.



QAZİLER.AZ-ın bildirdiyinə görə, tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə rəisi, polkovnik Rasim Şirinov, Silahlı Qüvvələrə Nəzarət İB- nin sədri Emin Həsənli, Azərbaycanın ilk hətbi diktoru, vətənpərvərlik mahılarının mahir ifaçısı Şəmistan Əlizamanlı, Əfqanıstan Veteranları İB sədr Məhəmməd Əliyev, Dünya Azərbaycanlılarınnın Vətənpərvırləri İB sədri Nəsimi Qarabağlı, Qarabağ Qazilər Birliyinin sədri Etimad Əsədov, Qaziler.az saytının baş redaktoru Rey Kərimoğlu, Beyləqan rayon icra hakimiyyətinin başçısı Vaqif Abdullayev, Xocavənd raron icra hakimiyyətinin başçısı Eyvaz Hüseynov, Beyləqan rayonunun millət vəkili Şahin İsmayılov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan və Ağdam rayon şöbələrinin rəisləri, Beyləqan rayon polis rəisi, Beyləqan rayon prokuroru və Beyləqan rayon DTX rəisi də yas mərasimində iştirak ediblər.



Beyləqan rayonunun millət vəkili Şahin İsmayılov çıxış edərək şəhidin atasına səbr dilyəib. “Nə qədər desək ki, övlad itkisi çox çətindir, əgər şəhidlərimizin indiyə qədər bir valideyni vardısa, indi onların valideyni bütün Azərbaycan xalqıdır. Bizim ürəyimiz ağrıyır, amma Vətən bizim üçün müqəddəsdir, əmr olacaqsa, biz bütün vəzifələrimizi kənara qoyub Vətən uğrunda mübarizəyə qoşulacağıq. Bizim hər bir şəhidimizin öz tarixi hekayəsi var. Şəhidlərimiz öz qəhrəmanlıqlarıyla bundan sonrakı nəsillərə örnək olacaq. Vaxt keçsə də, zaman keçsə də, onlar Azərbaycan xalqının xatirəsində daimi qalacaqlar. Allah hər birimizə müqəddəs yolda şəhid olmağı qismət eləsin! Bizim bir böyük vəzifəmiz də o torpaqlarımızı azad etməkdir. İnşallah, Ali Baş Komandanın əmriylə bu, yaxın vaxtlarda gerçəkləşəcək. Bizim bir əsgərimiz, erməninin min əsgərindən üstündür. Bunu hər birimizi yaxşı bilirik. Hələ ki, müəyyən siyasi oyunlar bizim torpaqlarımızın işğaldan azad edilməsinin qarşısını alır, amma bu, uzun müddətli deyil. İnşallah ki, cənab Prezidentimizin səyi ilə biz doğma Qarabağımıza, Şuşamıza qovuşacağıq. Allah rəhmət eləsin! Bütün şəhidlərin xatirəsi bizim qəlbimizdə yaşayır. Bütün şəhidlər bizim qardaşlarımızdır. Valideynlər bir övlad itiririrsə, əvəzində min övlad qazanır. Biz onların övladlarına, yaxınlarına, doğmalarına çevrilirik. Şəhidimə bir daha Allah rəhmət eləsin! Ruhu şad olsun!”



Silahlı Qüvvələrə Nəzarət İB nin sədri Emin Həsənli də şəhid Zülfü Qədimovun canından çox sevdiyi Vətən uğrunda şəhid olduğunu bildirərək şəhidin ailə üzvlərinə başsağlığı verib. “Adam var bir evdən gedir, adam da var bir eldən gedir. Şəhidlər bütün Azərbaycanın itkisidir. Şəhidlər dünyada yaşayan azərbaycanlıların itkisidir. Hərbi xidmətə gedənə qədər bir şəxs bir ailənin soyadını daşıyırsa, xidmətə gedib əsgər paltarı geyəndən sonra Azərbaycanın soyadını daşıyır. Bu gün şəhidlərin dəfn mərasimi, şəhid ailələrinə diqqət və qayğı, ordumuza, Qarabağ əlillərimizə qağyı cənab prezidentin xüsusi diqqətindədir. Bu, belə də olmalıdır. Bu, cəmiyyətin də borcudur, dövlət məmurlarının da. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general leytenant Arzu Rəhimov də başsağlığını şəhidin ailəsinə çatdırıram! Allah bütün şəhidlərimizə rəhmət eləsin!”



Azərbaycanın ilk hətbi diktoru, vətənpərvərlik mahılarının mahir ifaçısı Şəmistan Əlizamanlı da şəhidin yas mərasimində çıxış edib. Bildirib ki, Allah heç bir ailəyə övlad itkisi göstərməsin, çox ağırdır bunu yaşamaq. “Amma biz mənfur, həyasız, torpaqlarımızı işğal altında saxlayan düşmənlə üzbəüzük. Bütün bunlara baxmayaraq, biz ruhdan düşməməliyik. Çünki ordumuz hərtərəfli inkişaf edib, ordumuz qüdrətlidir, müasir silahlarla təchiz edilib və istənilən döyüş əməliyyatını yerinə yetirməyə qadirdir. Burada mənimlə bərabər iştirak edən ehtiyatda olan zabitlər aprel döyüşlərində əsgər və zabitlərimizin arasındaydıq. Döyüşdə iştirak edən əsgərlərimizlə görüşdük, konsert proqramları ilə çıxış etdik. Ordumuzda əhval-ruhiyyə həddən artıq yüksəkdir. Üzümü burada iştirak edən əsgər və zabitlərə tuturam: Xalqımız sizdən qələbə gözləyir, sizə güvənir və siz bu qələbəni təmin etməyə qadirsiniz. İnşallah, ordumuz son sözünü deyəcək və o zaman bizim Zülfü Qədimovun və başqa şəhidlərimizin ruhu şad olacaq. Buna inanın! Böyük qələbəyə az qalıb! Düşmən elə də güclü deyil. Aprel döyüşlərində ordumuz bir daha bunu sübut elədi. Uzun illərdən sonra yaranan bədbinliyi, ümidsizliyi vurub dağıtdı. Düşmən hələ də bu ağır zərbədən özünə gələ bilmir. Həm hərbi, həm də siyasi sahədə. Demək olar ki, Qarabağda bütün hərbi üstünlük bizim ordumuzun nəzarətdindədir. Bir daha şəhidimizə Allahdan rəhmət diləyirəm, valideynlərinə səbr diləyirəm. Zülfü bizim hamımızın itkisidir, hamımızın övladımızdır. Ruhu şad olsun!”



Qeyd edək ki, şəhid Zülfü Qədimovun üç mərasimində onun döyüş yoldaşları və aprel döyüşləri şəhidlərinin valideynləri də iştirak ediblər.



Zülfü Qədimovun yas mərasimini idarə edən beyləqanlı molla məclis iştirakçılarına bildirib ki, bütün şəhidlər Peyqəmbərdə kəfənlənib tabuta qoyuldu. Ağdamlı şəhid Zülfü Qədimovun cənazəsi 1 metr 90 sm-lik tabuta sığmayıb. Məcbir olub 2 metr 10 sm-lik tabut düzəldiblər.

Allah rəhmət eləsin!
QAZİLER.AZ





























Diaspora