Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 36 mənzilli yaşayış binası inşa olunur - Daşkəsəndə

Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 36 mənzilli yaşayış binası inşa olunur - Daşkəsəndə backend

Daşkəsəndə 2015-ci ilin birinci rübünün yekunları və qarşıda duran vəzifələrə həsr edilmiş hesabat yığıncağı keçirilib.

AZƏRTAC xəbər verir ki, rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev üç ay ərzində rayonun sosial-iqtisadi inkişafı sahəsində görülən işlərlə bağlı məruzə ilə çıxış edib. Bildirilib ki, respublikamızın hər yerində olduğu kimi, Daşkəsəndə də iqtisadiyyatın əsas sahələrində məhsul istehsalı və xidmətlərin ümumi həcmi keçən ilin müvafiq dörü ilə müqayisədə xeyli artıb.

Rayonda heyvandarlığın inkişafına xüsusi diqqət yetirilib, Quşçu, Mollahəsənli, Əmirvar, Bayan və Qabaqtəpə kəndlərində süni mayalama məntəqələri yaradılıb.

Hesabat yığıncağında diqqətə çatdırılıb ki, 2015-ci ilin birinci rübündə rayonda abadlıq və quruculuq işləri ilə yanaşı, bir sıra problemlərin həlli istiqamətində də tədbirlər görülüb. Rayon kənd təsərrüfatı idarəsinin yeni inzibati binasının, Alunitdağ qəsəbəsində 35/6 kilovoltluq elektrik yarımstansiyasının inşası, Qabaqtəpə-Astaf avtomobil yolunun çəkilişi davam etdirilib. Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 36 mənzilli yaşayış binasının inşasına başlanılıb.

Yığıncaqda rabitə, elektrik enerjisi, qaz və su təchizatında mövcud olan problemlərin aradan qaldırılması üçün tədbirlər görüldüyü qeyd olunub.
Diaspora