Azərbaycanda yeni dövlət fondu yaradılacaq. Bu fondun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılması gözlənilir.
Nazirlikdən QAZİLER.az-a verilən məlumata görə, ƏƏSMN tərəfindən hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilən “Azərbaycan Respublikasında əməyin təhlükəsizliyi və sağlamlaşdırılması üzrə Milli Strategiya”nın layihəsində digər tədbirlərlə yanaşı, ölkəmizdə Dövlət Əməyin Mühafizəsi Fondunun yaradılması da əksini tapıb.Qeyd edək ki, ƏƏSMN ilə Türkiyənin müvafiq nazirliyi arasında imzalanan protokolda da Dövlət Əməyin Mühafizəsi Fondu və Dövlət Məşğulluq Fondunun yaradılması ilə bağlı təcrübənin öyrənilməsi öz əksini tapıb.