Qazilər və QHT rəhbərləri şəhidin ailəsinə baş çəkdi - TOVUZDA

Qazilər və QHT rəhbərləri şəhidin ailəsinə baş çəkdi - TOVUZDA backend

QAZİLER.AZ-ın xəbər verdiyi kimi, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təşkilatçılığı ilə hərbçilərin, bir qrup keçmiş döyüşçülərin və ictimai birlik rəhbərləri fevralın 25-də şəhid olmuş hərbi qulluqçuların yas mərasimlərində iştirak etmək üçün səfərləri davam edir. Bu gün onlar Şəkidə və Tovuz rayonunda olublar.

QAZİLER.AZ-ın bildirdiyinə görə, bu saatlarda onlar Tovuz rayonundan şəhid olmuş 1997-ci il təvəllüdlü şəhid Əhmədov Elvin Süleyman oğlunun yas mərasimindədirlər.

Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə rəisi, polkovnik Rasim Şirinov, Silahlı Qüvvələrə Nəzarət İB- nin sədri Emin Həsənli, Azərbaycanın ilk hətbi diktoru, vətənpərvərlik mahılarının mahir ifaçısı Şəmistan Əlizamanlı, Əfqanıstan Veteranları İB sədr Məhəmməd Əliyev, Dünya Azərbaycanlılarınnın Vətənpərvırləri İB sədri Nəsimi Qarabağlı, Qarabağ Qazilər Birliyinin sədri Etimad Əsədov, Qaziler.az saytının baş redaktoru Rey Kərimoğlu, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsinin rəisi, Tovuz rayon polis rəisi, Tovuz rayon prokuroru və Tovuz rayon DTX rəisi də yas mərasimində iştirak edirlər.

Silahlı Qüvvələrə Nəzarət İB- nin sədri Emin Həsənli çıxış edərək şəhid Elvin Əhmədovun canından çox sevdiyi Vətən uğrunda şəhid olduğunu bildirib və şəhidin ailə üzvlərinə başsağlığı verib.

Daha sonra Qarabağ Qaziləri Birliyinin sədri Etimad Əsədov çıxış edərək bildirib ki: “Şəhidlər ölmürlər. Düşünürəm ki, Azərbaycan xalqı şəhidlərimizin ruhuna hər gün dualar oxuyacaq. Tovuz rayonu igidlər yetişdirib. Yəqin ki, Elvinin qəhrəmanlığı gələcək nəsillərə nümunə olacaq. Allah rəhmət eləsin! Allah səbr versin!”

Yas mərasimində iştirak edən Məhəmməd Əliyev, Nəsimi Qarabağlı və digərləri də şəhidin ailə üzvlərinə başsağlığı veriblər.

Allah rəhmət eləsin!

























QAZİLER.AZ



Diaspora