QHT Sağlamlıq imkanları məhdud olan uşaqların bacarıqlarını üzə çıxarır

QHT Sağlamlıq imkanları məhdud olan uşaqların bacarıqlarını üzə çıxarır backend

Qaziler.az qhtxeber.az-a istinadən xəbər verir ki, “Qadın və Gənc Ailələrin Sosial İnkişafı” İctimai Birliyi “Öz bacarığını göstər” layihəsinə start verib.

Bu barədə qhtxeber.az-a QHT sədri Tünzalə Cavadova bildirib. Onun sözlərinə görə, layihədən 80 nəfərə yaxın sağlamlıq imkanları məhdud olan uşaqlar yararlanır: “Layihənin icrası zamanı keçirilən təlimlərdə ünsiyyət bacarıqları, problemlərin həlli, komadada iş, özünü təqdimetmə bacarıqlarının aşılanması kimi mövzular ətrafında geniş müzakirələr aparılıb”.

T.Cavadovanın sözlərinə görə, layihə sonunda sərgi təşkil olunacaq: “Layihənin sonunda real formada bu bacarıqlardan ibarət sərginin təşkili uşaqlara əlavə motivasiya verəcək”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə icra olunan layihənin məqsədi məqsədi xüsusi qayğıya ehtiyacı olan uşaq və gənclərin bilik bacarıqlarının və xüsusi istedadlarının aşkara çıxarılması və bu bacarıqların inkişafına motivasiya verilməsidir.
Layihə 3 ay müddətində həyata keçiriləcək.
Diaspora