Şəhid ailəsi Prezidentə müraciət etdi

Şəhid ailəsi Prezidentə müraciət etdi backend

Redaksiyamıza şəhid ailəsi Nəzifə İsgəndərovanın məktubu daxil olub. Şəhid ailəsi QAZİLER.AZ-a yazır:

“Salam. Biz şəhid ailələri sizin saytınız vasitəsilə cənab Prezidentə müraciət etmək istəyirik.

Şəhidlərin və Qazilərin ailələrinin Prezident təqaüdünün məbləğinin artırlmaması bizi çox narahat edir.

1994- cü ildən bu günə kimi sığorta pulumuzu ala bilmirik. Məmurlar, deputatlar bizə söz versələr də, indiyə kimi yollarda qalmışıq.

Mənzil növbəsində olmağımıza baxmayaraq, hələ də mənzillə təmin olunmamışıq”.

Sonda N.İsgəndərova, ölkə başçısına üz tutub deyir:

“Cənab Prezident! Biz şəhid ailələrinin də təqaüdünü bu gün yaşadığımız həyat səviyyəsinə uyğunlaşdırmağınızı xahiş edirik. Şəhidin ailəsinə cəmi 12 manat kommunal pulu, 220 manat Prezident Təqaüdü verilir. Həmin 220 manat 3 yerə bölünür: qaynana, qaynata və gəlin arasında. Çox xahiş edirik, şəhidlərin ailələrinin sosial vəziyyətini nəzərə alasınız və görəsiniz ki, ayda heç 100 manat təqaüd almırıq.

Szidən böyük ümidlərlə problemimimizin həllini gözləyirik”.


QAZİLER.AZ