Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib backend

Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib.

"Report"un xəbərinə görə, iclasda komissiyaya daxil olan daha 107 müraciətə baxılıb.
Bununla da baxılan müraciətlərin sayı 357-yə çatıb.

Qeyd edək ki, Komissiyaya 800-dən artıq müraciət daxil olub. Prezident İlham Əliyevin Novruz bayramı ərəfəsində əfv sərəncamı imzalaması gözlənilir.