Litvalı hərbi jurnalist-fotoqraf Riçard Lapatis Şəhidlər Xiyabanını ziyarət edib

Litvalı hərbi jurnalist-fotoqraf Riçard Lapatis Şəhidlər Xiyabanını ziyarət edib backend

Xocalı soyqırımının ildönümü ərəfəsində Bakıya səfər edən bu faciənin canlı şahidlərindən biri litvalı hərbi jurnalist-fotoqraf Riçard Lapatis Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyevlə birgə Şəhidlər xiyabanını ziyarət edib. O və Umud Rəhimoğlu Qarabağ müharibəsi şəhidləri və Xocalı faciəsinin qurbanlarının qəbirləri üzərinə gül dəstələri qoyublar.

Bu barədə QAZİLER.AZ-a Beynəlxalq Avrasiya Mətbuat Fondundan məlumat verilib.

Ziyarət zamanı onlar Xocalı faciəsi zamanı 5 yaşı tamam olan adı indiyədək naməlum qalan körpənin və Azərbaycanın Milli Qəhrəmanı, Xocalı soyqırımında şəhid olmuş Əlif Hacıyevin qəbri üzərində dayanıb, dualar oxuyublar. Xüsusilə Milli qəhrəmanın xanımı Qalina Hacıyevanın Əlif Hacıyevlə bağlı xatirələrini danışarkən kövrəlməsi ziyarət zamanı yadda qalan anlardan biri olub.



Xatırladaq ki, 1981-ci ildə Əlif Hacıyev Qalina xanım ilə ailə həyatı qurmuş və ömrünün sonuna qədər onunla evli olub. Bu günədək Əlif Hacıyevin xatirəsini yaşadan Qalina xanıma Milli qəhrəmanınZərinə və İradə adlı qızları yadigar qalıb. Azərbaycan xalqının Əlif Hacıyevin qəhrəmanlığını heç vaxt unutmayacağını bildirən BAMF sədri Umud Mirzəyev bildirib ki, qəhrəmanlar ölmür. Dünyadan köçməsindən 25 il vaxt keçsə də Əlif Hacıyev əfsanəsi hələ də ürəklərdə yaşayır.



Litvalı hərbi jurnalist-fotoqraf Riçard Lapatis Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu eyni zamanda Şəhidlər xiyabanında baş tutan anım mərasiminə də qatılıblar.



Mərasimdə Şuşa, Xocavənd və Xocalı sakinləri ilə yanaşı "Dağlıq Qarabağın azərbaycanlı icması" İctimai Birliyinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov və Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov da iştirak ediblər.



Xatırladaq ki, Riçard Lapatis Qarabağ müharibəsi dövründə Azərbaycanda olub. 1990-cı ilin 20 Yanvar hadisələrindən tutmuş 1994-cü ildə atəşkəs elan olunanadək baş verən bir çox hadisələrin fraqmentlərini lentə alıb, xarici mətbuatda maraqlı məqalələrlə çıxış edib.



1992-cü ildən Beynəlxalq Avrasiya Mətbuat Fondunun üzvü olan Riçard Lapatis münaqişə bölgəsində çəkdikləri əsasında Heydər Əliyev Fondu tərəfindən hazırlanan “Sonu olmayan dəhliz” sənədli filmi əksər dünya ölkələrində təqdim olunub.



Diaspora